Bir çox insanlar ilboyu hər mövsümdə hovuzda üzür.
Lakin nəzərə almaq lazımdır ki, hovuz vasitəsi ilə müxtəlif infeksion xəstəliklərə və eləcə də göbələklərə yoluxmaq olar.
“Medicina” xəbər verir ki, həkim – infeoksionist Yevgeni Pavelkonun sözlərinə görə, hovuzda göbələk xəstəliyinə yoluxmaq riski çox yüksəkdir.
Zəif təmizlənmiş hovuz suyunda molluscum contagiosum və pyoderma göbələyinə asanlıqla yoluxmaq olar.
Hovuzlarda və duşlarda istilik və rütubət xüsusilə dəri xəstəliklərinin mənbəyi ola bilər.
Məsələn, ayaqyalın yerdə gəzirsinizsə, soyunma otağında göbələk xəstəlikləri yoluxa bilər. Zəif təmizlənmiş suda dəriyə təsir edən molluscum contagiosum və pyoderma ala bilərsiniz.
Bundan əlavə hovuz istifadəsi xlamidiya konyunktivitinə səbəb ola bilər.
Onunla göz qapaqlarının qızarması baş verir və irinli axıntı görünür. Bağırsaq infeksiyaları haqqında unutmayın. Belə xoşagəlməz nəticələrin qarşısını almaq üçün tibbi müayinə tələb edən hovuzları seçməli, ayaqyalın gəzməməli və suyu udmamalısınız.
Adətən səhər ən az ziyarətçinin gəldiyi zaman hovuza baş çəkin və bundan sonra mütləq sabun və ya gel ilə duş qəbul etmək məsləhət görülür.
Aynurə Məmmədova