Araşdırmalara görə, əgər insan müntəzəm olaraq hovuzda üzərsə, bir çox ölümcül xəstəliklərin riski iki dəfə azalır.
Həftədə üç dəfə və ən azı 45 dəqiqə üzsəniz, bir çox xəstəliklərin qarşısını almaqla yanaşı, mövcud olanlardan da xilas ola bilərsiniz.
“Medicina” xəbər verir ki, həkim – terapevt Nikita Kotovun sözlərinə görə, üzgüçülük qan dövranı sistemi xəstəlikləri olan insanlar üçün faydalıdır, infarkt və insult riskini azaldır. Üzgüçülük astma xəstələri üçün də çox faydalıdır.
Oynaqlara stress olmadan, orta sürətlə cəmi bir saat məşq edərək, 400 kalori yandırıb, çəki azalda bilərsiz.
Üzgüçülük qan təzyiqini normallaşdırır. Aparılan araşdırmalardan, müntəzəm su idmanının qan şəkərinin səviyyəsini aşağı saldığı sübut olunub.
Yaşlı insanlar üçün hovuz sümükləri gücləndirməyə və osteoporozun qarşısını almağa imkan verir. Artritdən əziyyət çəkənlər üçün müntəzəm məşq ağrıların qarşısının alınmasına rəsir edir.
Üzgüçülük yuxusuzluq, depressiya və stress üçün də çox təsirlidir.
Aynurə Məmmədova