Pekinin cənub-qərbində hovuzların birində xlor qazı sızıb. Nəticədə 61 nəfər xəstəxanaya müraciət etməli olub.
Medicina.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fanşan rayon rəhbərliyinin açıqlama yayıb.
Bildirilir ki, insident Fanşan rayonunun qeydə alınıb. Belə ki, hovuza gələnlərdə bir müddətdən sonra başgicəllənməsi və ürəkbulanması halları qeydə alınıb.
Daha sonra bütün ziyarətçilər təcili təxliyyə olunub, zərərçəkmiş şəxslər isə xəstəxanaya çatdırılıb. Məlumata görə, xəstəxanalarda 38 nəfər saxlanılıb, digər 23 nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda sızıntının səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.