Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hovuz suyunu udsaq nə baş verər?

  • 2018.07.16 13:02
  • 19977 Baxış
Hovuz suyunu udsaq nə baş verər?
İctimai hovuzlarda xüsusən uşaqlar çox ciddi xəstəliklərə yoluxa bilərlər.


Medicina.az xəbər verir ki, bu barədə türkiyəli fitoterapist Buğra Buyrukçu açıqlama verib. O, udulan hovuz suyunun orqanizmi qorxunc xəstəliklərə yoluxdura biləcəyini deyib. 


"Udulan hovuz suyu dizenteriya, bağırsaq çöpü, tif, şiqella kimi saysız hesabsız bakteriyalara yol aça bilər” deyən mütəxəssis uşaqlarını hovuza aparan ata-anaları ehtiyatlı olmağa çağırıb: "Steril olmayan hovuzlar təhlükə saçır. Hovuza girənlərin gigiyena qaydalarına riayət etməməsi səbəbindən, su xlorlu da olsa, mikroblara, xəstəliklərə yoluxma qaçılmazdır. 


Bu vəziyyət xüsusən uşaqların sağlamlıq durumunu təhlükəyə atır. Qarınişləmə, qusma, qulaq, burun, boğaz və ya göz infeksiyası, dəri xəstəlikləri hovuzdan istifadə edənlərdə çox rast gəlinir”.

 



B. Buyrukçu hovuza girən uşaqları bakteriya, virus və göbələklərdən qorumağın yollarını da açıqlayıb: "Hovuza girməzdən əvvəl mütləq duş alınmalıdır. Hovuzdan çıxdıqdan sonra da sabunla çimilməlidir. Uşaqlara hovuz suyunu udmamaq barədə ciddi xəbərdarlıq etmək lazımdır. 


Uşağın bədənində kəsik, sıyrıq və yaxud yara varsa, hovuza girməsinə qəti icazə verməyin. Təmizliyinə cüzi də olsa şübhə etdiyiniz hovuza girməyin”. 


Fitoterapist hovuzdan çıxdıqdan sonra bakteriya və infeksiyaya yoluxmanın əlamətlərini də sadalayıb: "Həzm sistemində başlayan problemlər adətən uşaqlarda qarın ağrısı, qarınişləmə, qusma və bir az yüksək temperaturla müşayiət olunur. 

 



Belə olduqda, çox miqdarda su və pəhriz qidalanma ilə xəstəliyə müdaxilə etmək lazımdır. Əgər bunlarla da əlamətlər getməsə, o zaman həkimə müraciət edilməlidir. 


Hovuzdan sonra yaranmış qulaq və göz problemləri, göbələk xəstəliklərinə görə də mütəxəssislə məsləhətləşmək lazımdır”.


MEDİCİNA.AZ

Hovuz suyunu udsaq nə baş verər?
Hovuz suyunu udsaq nə baş verər?
Hovuz suyunu udsaq nə baş verər?