Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hormonlarımıza təsir edən 5 gözlənilməz vasitə - Təhlükəli məqamlar

  • 2018.05.02 16:26
  • 23246 Baxış
Hormonlarımıza təsir edən 5 gözlənilməz vasitə -  Təhlükəli məqamlar
İnsan orqanizminin bütün fəaliyyəti hormonların düzgün sintezindən asılıdır. Hormonlar elə zərif, dəymədüşər elementdir ki, onları ən cüzi xoşagəlməz təsir belə özündən çıxarır. Hətta düzgün qidalansan da, idman etsən də, heç ağlına gəlməyən şeylər onların nizamını poza bilir.

Medicina.az gündəlik həyatımızda istifadə etdiyimiz 5 məşhur vasitənin hormonlara mənfi təsirini təqdim edir.

 


1.Kosmetik vasitələr

Bir çox kosmetik vasitələrdə olan kimyəvi maddələr,əlavələr endokrin sistemi pozur. Əgər siz qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkirsizsə, tərkibində formaldeqid, oksibenzon, qurğuşun, civə olan kosmetik vasitələrdən uzaq durun. Bu maddələr dodaq boyası, kremlər, dırnaq boyası, göz qələmi, tuş və s.-də olur. Xüsusən formaldeqid saç düzləndirici vasitələrdə olur. 

 


2.İnsan toxunuşu

İnsanın bədənə toxunuşu – qucaqlama, əlsıxma, sığallama, masaj, sıxma kimi hərəkətlər oksitosin adlı hormonun reseptorlarını qıcıqlandırır. Psixoloq Mett Qertenşteyn bildirir ki, zərif toxunuşlar stress hormonunun səviyyəsini azaldır. Bu toxunuşlar sanki baş beynin alın hissəsinin kökünü oyadır, canlandırır. Ona görə, insanın toxunuşunun hormonlara həm mənfi, həm müsbət təsiri olur. Baxır adama kim harda necə toxunur.

 


3.Smartfon, planşet

Planşet və telefoların ekranından gələn güclü, mavi işıq hormonlara ikiqat mənfi təsir edir. Mavi ekran işığı orqanizmdə melatonini azaldır, insanın bioloji ritmini pozur, bədənə neyrotoksinlər yığır, bu da depressiya və əsəbi artırır.



4.Dezinfeksiya edici vasitələr

Əlləri yumaq, dezinfeksiya etmək üçün tez-tez istifadə olunan  vasitələr qalxanabənzər vəzə mənfi təsir edərək, hipotireoz yaradır. Hətta belə vasitələrin tərkibində olan triklozan qana çox daxil olarsa, qalxanabənzər vəzinin xərçənginə belə səbəb ola bilər. 

 


5.Səyahət

Uzun yorucu səfərlər kortizol və melatoninin səviyyəsinə təsir edir. İnsanın gündəlik rejiminin kiçik dəyişilməsi belə təsirsiz olmur. Xüsusən kişilərdə testosteron azalması, qadınlarda isə ovulyasiyanın pozulması, dəyişməsi baş verir.