Orqanizmdə endokrin, hormonal disbalans hormonal qarın və bel əmələ gətirir.
"Medicina" xəbər verir ki, endokrinoloq Nataliya Zubareva hormonal qarından xilas olmağın yollarını açıqlayıb.
Bunun üçün həm kişilər, həm qadınlar vacib hormonal analizlər verməli, insulin, prolaktin, kortizol və TSH qaydaya salınmalıdır.
Bədəndə qarın hissədə normadan artıq piy toplanması əsas bu 3 hormonun qanda həddən artıq artmasındandır.
"Belə qarından dietalar, idmanla xilas olmaq mümkün deyil. Bunun üçün qalxanvari vəz analizi, xolesterin, testosteron, vitamin analizləri verilməlidir.
Pozulma varsa, müalicə yazılır, ondan sonra dietalar təyin olunur.
Yoxsa əziyyətniz boşa gedəcək.
İdeal bədən quruluşuna malik olmaq üçün normal hormonal sistem, günün bioritmlərinə əməl etmək, axşam 10-da yatmaqdır.
Qidalanmanızdan "zibil" qidaları çıxarın".
Aygün Musayeva