Qalxanvari vəzin işinin pozulması və uzun müddət müalicəsiz qalması istər kişi, istər qadınlarda ürək problemlərinə səbəb olur.
“Medicina” xəbər verir ki, kardioloq Yelena Rimskaya ürəklə qalxanvari vəzin əlaqəsindən danışıb:
“Hormonal pozulma zamanı TSH, T3, T4 hormonlarının sintezi dəyişir. Əgər bu hormonlar az olarsa, hipoterioz yaranır. Nəticədə təzyiq aşağı düşür, ürək döyünmə azalır, ürək zəifləyir.
Bradikardiya qanın ürəkdən daha effektsiz vurulmasına səbəb olur.
Əksinə, hormonlar yüksək olduqda, hiperteriozda ürək yüklənir, güclənmiş tempdə işləyir, taxikardiya yaranır. Belə gərgin iş ürək əzələsini tükədir.
Aritmiya, mədəcik ekstrasistoliyaları artır.
İnsan uzun müddət hiperteriozdan əziyyət çəkərsə, ürəyin işemik xəstəliyi, hətta ürək yetməzliyi yarana bilir.
Əgər hormonlar yetməzsə, endotellərin disfunksiyası olur, xolesterin artır, damarlar tutulur. Ona görə ildə 2 dəfə hormonal sistemi yoxlatmaq vacibdir”.
Aygün Musayeva