Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hormonal pozğunluğun – 7 əlaməti

  • 2023.07.19 19:21
  • 1167 Baxış
Hormonal pozğunluğun  – 7 əlaməti

Ən kiçik hormonal balanssızlıq belə arzuolunmaz simptomlara və yan təsirlərə səbəb ola bilər. Hormonal balanssızlığın əsas əlamətlərindən biri pis əhval-ruhiyyə və narahatlıqdır.


“Medicina” xəbər verir ki, endokrinoloq Antonina Quriyevanın sözlərinə görə, aşağı estrogen səviyyəsinə görə də disbalanslıq yarana bilər.


“Estrogen "iltihabı yatırır", hormonun aşağı səviyyədə olması ağrıya səbəb ola bilər.


Hormonal disbalans aşağı libidoya, zəifləmiş immunitet sisteminə və beyin dumanına gətirib çıxarır.

Estrogen sağlam idrak, yaddaş və konsentrasiya üçün çox vacibdir. Menopoz və ya PCOS zamanı başda duman yarana bilər.

Hormonal balanssızlığın gətirib çıxara biləcəyi başqa bir şey ürək xəstəliyinə səbəb ola biləcək yüksək təzyiqdir.

Hormonal disbalansın əlamətləri:

• Pis əhval-ruhiyyə və narahatlıq
• Yorğunluq hissi
• Oynaqlarda iltihab və ağrı
• Aşağı libido
• Beyin dumanı
• Ödem
• Artan qan təzyiqi.


Günay Quluzadə