Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hormonal kontraseptivlər qadınları səbrsiz və əsəbi edir- ALİMLƏR

  • 2020.03.06 18:36
  • 3766 Baxış
Hormonal kontraseptivlər qadınları səbrsiz və əsəbi edir - ALİMLƏR


Hamiləliyə qarşı dərmanlar çoxsaylı gizli neqativ təsirə malikdir, hansı ki, bəzən qadınlar bunun fərqinə varmır.

Medicina.az xəbər verir ki, Texas Universitetinin alimləri 324 tələbə qızlar üzərində aparılan elmi eksperimentin nəticəsini dərc edib.


Hanna Bredşounun rəhbərliyi ilə alimlər tələbələri 2 qrupa bölüb. Bir qrup 2 ay ərzində hormonal kontraseptiv qəbul edib, digər qrup isə 3-4 ay ərzində heç bir dərman qəbul etməyib.

Sonra qızlara sadə və çətin tapşırıqlar verilib, hansı ki, diqqət, yaddaş, intelekt və əsəb gərginliyini yoxlamaq mümkün olsun.

Nəticələr göstərib ki, hormonal dərman qəbul edən qrup daha az səbrsiz, gərgin olublar, tapşırıqları sona kimi yerinə yetirməyə hövsələləri çatmayıb, tez yorulublar və nəticələri pis olub. Digər dərmandan uzaq qrupun nəticələri daha yüksək olub.

“Bu müqayisə göstərdi ki, hormonal dərmanlar intelektual səviyyədə təsir edir və qadınların sinir, əsəb sisteminə fəsadsız olmur.

Biz əvvəlki tədqiqatları da müqayisə etdik, hormonal konstraseptivlər beynin müəyyən sahələrinin neyronlar arası əlaqəsini azaldır, diqqəti, yaddaşı zəiflədir, təşkilatçılığı salır, motivasiya və diqqət azalır. Bu qadınlarda oxumaq, öyrənmək və zehni işlərə həvəs qalmır”.