Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hormonal kökəlməyin 6 əlaməti

  • 2023.07.07 17:28
  • 1482 Baxış
Hormonal kökəlməyin 6 əlaməti
Əgər bir insan çox şəkər və ya yağlı qidalar qəbul etməməsinə baxmayaraq, nəzarətsiz kökəlirsə, bunun səbəbi "hormon oyunu" ola bilər.


“Medicina” xəbər verir ki, ebdokrinoloq Aleksandr Yuroçkanın sözlərinə görə, çox vaxt bədənin müəyyən nahiyələrində artıq piylərin yığılması stress hormonu olan kortizol səviyyəsinin artması ilə əlaqədardır.

Bu zaman aşağıdakı əlamətlər də olur:

Yuxu pozğunluqları. Yuxusuzluğa bir çox amillər səbəb ola bilər, çox vaxt hormonal balanssızlıqlar təsir edir. Məsələn, bu, tiroid hormonlarının pozulması yuxusuzluq yaradır.

Xroniki stress. Aleksandr Yuroçkinin fikrincə, daimi stress adrenal vəzlərin işinə təsir edərək, progesteron səviyyəsinin və digər hormonların istehsalının azalmasına səbəb olur.

Nəzarət edilməyən aclıq. Bu vəziyyətdə, tiroid vəzi və metabolik proseslərdə iştirak edən hormonlarla bağlı problemlər şübhə altına alına bilər.

Tərləmənin artması. Artan tərləmə manopauza ilə yanaşı, stress hormonlarının həddindən artıq olması ilə bağlıdır.
Yorğunluq. Daimi və ya əsassız yorğunluq hissi, zəiflik artan kortizol səviyyəsini və ya enerji balansından məsul olan hormonların çatışmazlığını göstərə bilər.

Saç tökülməsi. Bu xoşagəlməz fenomen cinsi hormonların səviyyəsinin azalmasının əlamətlərindən biridir. Qadınlarda menopauza zamanı hətta ən gur saçlar belə incələ bilər.

Zədələnmiş dəri. Dəri quruduqda və sızanaqlara meylli olduqda, bu da hormonal uğursuzluğu göstərə bilər, xüsusən də cinsi hormonların istehsalında azalma. Qadınlarda, məsələn, menopauza zamanı estrogen səviyyəsinin azalması səbəbindən dərinin görünüşü dəyişir.

Günay Quluzadə