Çox vaxt alınan kilolar və piylənmə hormonal pozuntuların təsiri ilə baş verir. Bədəndə məhz hormonlar hüceyrə səviyyəsində piyin toplanmasına və ya yandırılmasına kömək edirlər. Buna görə də müəyyən hormonların təsirini və qarşılıqlı münasibətlərini tənzimləməklə piylənmə prosesini dayandırmaq , hətta geri çevirmək mümkündür. Bizimyol.info Rusiya mediasına istinadən bu işdə köməyinizə çatacaq məlumatları təqdim edir.
Medicina.az bizimyol.info-a istinadən xəbər verir ki, harmonlar iştahımıza nəzarət edən və metobolizmin hərəkətini yavaşladan və ya sürətləndirən kimyəvi maddələrdir.
Əgər bədəndə insulinin səviyyəsi yüksəkdirsə piy toplanacaq.
Əgər bədəndə kortizolun səviyyəsi yüksəkdirsə piy toplanacaq.
Triyodtironinin səviyyəsi(73) yüksəkdirsə, piy toplanacaq.
HORMONLAR BƏDƏNİN UYĞUNLAŞDIRICILARI HESAB OLUNURLAR – onlar bizim yediyimiz bütün məhsullara reaksiya göstərirlər. Bu həm kişilərə, həm də qadınlara aiddir. Qadınların piy hüceyrələri kişilərin piy hüceyrələrindən 9 dəfə inadkar olub gec əriyirlər. Buna görə hormonal çəkinin itirilməsi prosesdi də kişilərə nisbətən ləng gedir.
Hormonal çəkini necə azaltmaq olar?
Hormonal çəkidən xilas olmaq üçün sərt dietlər və intensiv idman hərkətlərinə gərək yoxdur. Sizin qarşınızda piyəridən və toplayan hormonları aktivləşdirmək vəzifəsi dayanaır. Məhz bu yolla qarın, bud və əllərdə toplanmış piylərdən azad olmaq olar.
Bunun üçün aşağıdakı addımlar vacibdir:
Kombinə edilmiş məhsulları səhv seçməyin
Düzgün idman hərkətləri seçin
Hormonal çəkini atmaq üçün qidalanma rejimi seçin.
Sağlam və düzgün kombinə olunmuş qida
"Annals of Internal Medicine” tibb jurnalının məlumatına görə, 24 həftə ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, aşağı karbohidratlı yeməklər rejimi çəki artımı prosesinin sürətlənməsinə kömək edir, qanda triqliseridlərin səviyyəsini azaldır. Yağı qidalanmadan tamamilə çıxartmaq olmaz.
Bütün idman hərəkətləri arıqlamağa səbəb olmur- Kardioməşqlər stres hormonlarının, xüsusən kortizolun ifrazına səbəb olduğu üçün sizə faydalı olmayacaq.Uzunmüddətli məşqlər faydadan çox zərər verir, xüsusən sizdə diabet, metobolik sindrom və hipotireoz xəstəlikləri varsa.Metobolik məşqlərə üstünlük verin.Əgər uzunmüddətli kardioməşqləri 20 dəqiqəlik yüksəkintensivlikli metabolik məşqlərlə əvəz etsəniz siz 3 əsas yağ yandıran hormonu aktivləşdirə və toxumalarınızın metobolik artımını təmin edə bilərsiniz.
Hormonal çəkidən azad olmaq üçün bütün pəhrizlər işə yaramır
Gün ərzində idman hərkətləri üçün kifayət qədər eneri olsun deyə iki variantınız var- karbohidratlar və yağlar. "Yağdan istifadə piy toplanmasına səbəb olur” fikri həm doğru, həm yalnışdır. Siz hətta zülal qidalanmasından istifadə edəndə belə qlqkoneoqenez prosesində amin turşuları qlqkozaya yəni karbohidrata çevrilir.
Buna görə də az yağlı diet nəticəsində enerhi almaq üçün çoxlu karbohidrat yemək yemeli olursunuz, bu da çəki almağa və insulin dirəncinin artmasına səbəb olur. Yaxud orqanizm zülallardan enerji almaq üçün istifadə edib onları əridərək çəki itkisinə səbəb olur.
Araşdırmalar göstərir ki, qida rasionunda karbohidratların azaldılması və onların yağlarla əvəz olunması yağ toplanmasına səbəb olan hormonların işini zəiflədir.Buna görə də düzgün karbohidratlar, yağ və zülalların qida rasionuna daxil edilməsi hormonal çəkinin azalmasına səbəb olacaq. Hormonal çəkidən azad olmaq realdır. Əsas qidalanmanı ağılla idarə etmək lazımdır. Buna görə də hər orqanizmə fərdi yanaşma vacib şərtdir.