Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hormonal balansı düzəldən xüsusi sıyıq – Cəmi 3 ərzaq

  • 2019.02.27 19:25
  • 18355 Baxış
Hormonal balansı düzəldən xüsusi sıyıq –  Cəmi 3 ərzaq
İnsanın bütün əsas sistemləri, xüsusən sinir və psixoloji durumu qalxanvari vəz adlanan sm-lik orqandan asılıdır.

Bütün hormonların mərkəzi olan bu vəzi stress, yorğunluq, qida, ekoloji vəziyyətdən asılıdır və zamanla yüklənir, fəaliyyəti pozulur.


Medicina.az məhz qalxanvari vəzin " dirilik” qidası olan bir sıyığın reseptini təqdim edir.


Sıyıq qarabaşaqdan hazırlanır, hansı ki, dəmir, sink, selena mənbəyidir. Bu sıyıqda beyin və qalxanvari vəz üçün vacib olan lizin, treonin və triptofan da çoxdur.


Ona görə hormonal problem olanlar, qalxanvari vəzidə problem yaşayanlar, əsəbi, depressiyada olanlar həftədə 3-4 dəfə bu sıyığı yesinlər.


Lazımdır:


1 stəkan qarabaşaq

1 st təmizlənmiş qoz ləpəsi

1 xörək qaşığı bal

Üzüm 


Hazırlanması:


Qarabaşaq un halına salınır, bunun üçün qəhvəüyüdəndən keçirilə bilər. 

Qoz ətçəkəndən keçirilir. 

Bütün ərzaqlar qarışdırılır, bankada soyuducuda saxlanılır. 


Hər gün 2 xörək qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. 

Qarışım ürək-damar problem olanlar üçün də əvəzsizdir.