Honq Konq ictimaiyyəti COVID-2019 virusuna qarşı mübarizə üçün Çinə 1 milyard yuan (143 milyon dollardan çox) məbləğində maliyyə yardımı göstərəcək.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, məbləğin təxminən 13 faizi Çinin xüsusi inzibati bölgəsinin sakinləri tərəfindən Honq Konqun mərkəzi hökuməti vasitəsi ilə köçürülmüşdür. Vəsaitin müvafiq hissəsi ehtiyacı olan bölgələr arasında bölüşdürülmək üçün Çinin Qırmızı Xaç təşkilatına yönəldiləcək.
Koronavirusa qarşı mübarizə üçün böyük vəsait göndərən Honq Konq təşkilatları arasında Li Kaşin fondu və nəhəng "Shimao Property" əmlak şirkəti var. Honq Konqun bir çox idman və ictimai birlikləri bu tədbirə qoşulublar.
Son məlumatlara görə, Honq Konqda koronavirusa 49 yoluxma halı baş verib (1 ölüm qeydə alınıb).