Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Homosistein analizi nə üçün vacibdir - Ölümdən qoruya bilər

  • 2022.09.20 13:52
  • 5350 Baxış
Homosistein analizi nə üçün vacibdir  - Ölümdən qoruya bilər


Biz il ərzində müxtəlif analizlər veririk. Amma ürək-damar sisteminin vəziyyətini homosistein adlı analiz göstərə bilər.


"Medicina" xəbər verir ki, terapevt naturopat Natalya Kondakova homosistetinin nə göstərdiyini açıqlayıb.

"Homosistetin aminturşudur. Orqanizmin öz daxilində əmələ gəlir. Əgər o çox toplanarsa, arteriyaların divarına hücum edib, endoteli pozur. Nəticədə ateroskleroz və tromb əmələ gəlir.

Analizdə homosistetinin hətta 5 mmol artması damar patologiyasını göstərir.

Xüsusilə bu yaşlı insanlar və hamilələr üçün təhlükəlidir.

Çox zaman bu hamiləliyin pozulmasına səbəb ola bilir.

Ona görə hamiləlik planlayanlar mütləq bu analizi versin.

Homosistetinin artıb-azalmasına həyat tərzi və vərdişlər təsir edir.

Oturaq işdə olanlar, evdə qalanlarda homosistein artır.


Homosistetinin qaydasında olmadığını göstərən əlamətlər:

- Ayaqlarda varikoz

- Gözlərin altında göyərmə
- Şişkinlik

- Venoz ulduzcuqlar
- Qanın qatılığı

Yüksək homosistetin müalicə, həyat tərzi ilə qaydaya salınır.

Aygün Musayeva