HOMEOPATİYA – bu gün dünyanın çox ölkələrində klinika və həkimlərin üz tutduğu müalicə növüdür və uğurlu da nəticələr verir.
Medicina.az xəbər verir ki, Homeopatiya alman Samuel Hanemann tərəfindən icad və tətbiq olunub.
Homeopatik dərmanların yaradılmasında 2000-dən artıq bitki və heyvan mənşəli vasitə və minerallardan istifadə olunur. Əsas etibarilə Almaniya və Fransada istehsal olunur. Dünyanın ən böyük homeopatik firması Hellin zavodu da Almaniyadadır.
Deyildiyi kimi, Homeopatiyanın əsas ideyası belədir: "Dərd nədirsə dərman da dərdin özüdür”.
Təbabətin yaradıcısı Hippokrat deyib: insanda hər hansı xəstəlik yaranıbsa, həmin xəstəliyi həmin proseslə müalicə etmək lazımdır. Əgər insanda soyuq tipli xəstəlik varsa, onu isti müalicə etmək olmaz. Əgər isti tipli xəstəlikdirsə, onu mütləq isti ilə müalicə etmək lazımdır.
Tutaq ki, adamı arı vurub, orqanizmdə lokal iltihab nahiyəsi yaranır. Homeopatlar bu zaman arı zəhərinin kiçik dozasını istifadə etməklə işin öhdəsindən gəlirlər.
Hər hansı artrit, oynaq şişkinliyi də eynilə arı sancması zamanı şişməyə yaxın patologiya olduğundan, yenə də arı zəhərindən istifadə olunur.
Homeopatiyada xarakter böyük önəm daşıyır. Bəziləri deyir ki, hemopatik dərmanlara inanan xəstə inamının gücü ilə sağalır. Ona görə homeopatik dərmanların heyvanlar və körpə uşaqlar üzərində də təsiri yoxlanılıb. Məlum olub ki, heyvanlarda da sırf homeopatik dərmanların nəticəsində sağalma baş verir, deməli inanc heç də əsas səbəb deyil.
Homeopatik preparatların insan psixologiyasına təsiri mexanizmi var. İnsanda qorxu əmələ gələn zaman həmin problem vegetativ sinir sisteminə təsir edir, endokrin pozulmalar əmələ gəlir, immunitet aşağı düşür. Orqanizm virus və mikroblar üçün açıq qapı olur.
Qorxunun 2 növü olur: qırmızı qorxu və ağ. Dərinin qızarması və ağarması ilə xarakterizə olunur. Hansı insanlarda ki, qan damarlarının sıxılması baş verir qırmızı qorxu yaranır.
Qan qaçırsa, dəri rəngi ağarırsa, bu, ağ qorxudur. Bu iki tip xəstələrə ayrı-ayrı homeopatik dərmanlar seçilir.
Reallıq bu gün nəyi tələb edir: xəstələr təbii ki, əvvəl klassik təbabətə üz tutur, xəstəxana gəzir, həkim dəyişir, çoxlu dərmanlar atır, amma bundan müsbət təsir görmür. Belə olan halda xəstə homeopata üz tutur, sanki son çarə kimi bunu da sınamaq istəyir.
Real hadisə: bizə kəskin baş ağrıları ilə xəstə müraciət etdi. Almadığı müalicə qalmamışdı. Xanımda qısa müddətli yaxşılaşma olurdu, lakin gecə baş ağrı tutmaları daha da kəskinləşirdi. Bir gecədə 7-8 tutmaşəkilli ağrılar olurdu. Çox preparatlarla müalicə almışdı, ona miqren diaqnozu qoydular ki, bunun da müalicəsi yoxdur. Yəni xəstə bununla barışmalıdır. Bu xəstəni müayinə edib, baş ağrının səbəbini tapdıq. Xanımın il yarım öncə övladını itirməsindən sonra bu proses başlamışdı. Biz bu psixoloji duruma uyğun olaraq həmin xanıma xörək duzundan hazırlanmış homeopatik preparat təyin etdik.
10 gün sonra təkrar müayinədə küt ağrılar aradan qalxmışdı, yalnız gecə ağrıları az qalmışdı. Xanımın özünə, dünyaya, həyata inamı artmışdı. Daha 1 ay sonra heç bir baş ağrısı qalmamışdı.
Deməli preparat diaqnoz və simptomlara əsasən yox, daha dərin səbəbə görə, xəstənin xarakterinə görə təyin olunmuşdu.
Xəstənin həyat şəraiti, nəylə qidalanması, isti ya soyuq qidalanmasını bilmək də vacibdir. Elə xəstə var, soyuğa qarşı həssasdırlar. Onlar düşünür ki, yəqin revmatizmdir. Havanın soyuq, yağışlı olması ilə ağrıların artması heç də revmatizm göstəricisi deyil. Bu insanın xarakterik xəstəliyidir. Xəstə var ki, isti havada ağrıları artır. Burda dərmanlar da ayrıdır. Amma klassik təbabətdə hər ikisinə eyni müalicə yazılır və təbii ki, effekt az olur.
Elə xəstələr var, bağırsaq pozğunluğu var, bilmir, yeyir-içir. Amma orqanizm daxildə hiss edir və bunu baş ağrısı ilə biruzə verir. Baş ağrısına görə nevrapotoloqlarda müalicə alır, çoxlu bahalı dərmanlar atırlar. Başağrı getmir. Damargenəldicilər tətbiq olunur. Bağırsaqlar isə heç kimin yadına düşmür. Biz o xəstənin bağırsaqlarını müalicə edən kimi başağrısı keçib getdi.
Homeopatik dərmanların təsirini dişlərdə olan çürük, iltihab da azaldır. Ümumiyyətlə dişlərdə olan problemlər istənilən müalicəni məhv edir.
Mütləq bu dişlər müalicə olunmalıdır. Homeopat mütləq xəstənin dişlərinə baxmalıdır.
Çox zaman deyirlər, dişlərdə çürümə, qırılma, zəiflik kalsium çatışmazlığındandır. Əlavə preparatlarla, BAD-larla kalsiumu artırırlar. Halbuki orqanizmə kalsium lazımdırsa, onu qida və ərzaqlarla alacaq. Kalsium çatışmazlığı varsa, bu o demək deyil ki, kalsium dozasını artırmalısan. Qanda kalsiumun miqdarını artıra bilərsiz, amma kalsium lazım olan orqan və toxumalara gedirmi, çatırmı? Deməli kalsium mübadiləsini düzəltmək lazımdır.
Reanimasion tədbirlərdə homeopatik dərmanları vermək olmaz. Kəskin funksiya pozğunluğu, sistematik pozğunluq, ruhi xəstəliklərdə homeopatik preparatları işlədə bilmərik.
Təzyiqi birdən yüksək olan xəstədə homeopatik dərmanla təzyiqi salıb, xəstəni o vəziyyətdən çıxarmaq barədə düşünməliyik. O xəstəyə, təbii ki, allopatik dərman verilməlidir. Amma sonra homeopatik dərmanla təzyiqi tədricən aşağı salmaq, normallaşdırmaq mümkündür. Allopatik müalicə inkar olunmur.
Müddət keçdikcə homeopatik preparatın təsiri daha yaxşı hiss solunur, təzyiq enən şkala üzrə gedir. Amma allopatik təzyiq dərmanını saxlayanda sonradan yenə təzyiq qalxa bilər.
Amma homeopatik preparat kəsildikdən sonra təzyiq normada qala bilir.
Homeopatik müalicədə əsas üstünlük nəyə verilir?
Xəstə ilə Psixosomatik söhbətlər aparılmalıdır. Ola bilər xəstədə kövrəklik və ya aqressiya var. Dahi təbiblər deyir ki, uşağı tez-tez xəstələnən valideynlərə deyirlər ki, uşaq xəstələnməzdən 3 gün öncə özünə qapılır, ağlayır, ya aqressiv olur.
Əgər uşaq ağlağandırsa, başqa dərman verilir, uşaq tək qalmaqdan qorxursa ona tamam ayrı preparat təyin olunur.
Əgər illərdir davam edən xəstəliyiniz varsa, müalicəsi tapılmayan probleminiz varsa, həkim və xəstəxana gəzməkdən yorulmusuzsa, o zaman homeopatik müalicə və preparatlardan yararlanın.
Azərbaycanda Bioloji Təbabət klinikasında homeopatik müayinə və müalicə aparılır.
3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89