Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hollivud ulduzuna səhvən süd vəzi xərçəngi diaqnozu qoydular

  • 2022.11.03 15:51
  • 2585 Baxış
Hollivud ulduzuna səhvən süd vəzi xərçəngi  diaqnozu qoydular



Amerikalı aktrisa Şeron Stoun yanlış tibbi diaqnozundan danışıb.

"Medicina" xəbər verir ki, 64 yaşlı aktrisa qadınlara xəbərdarlıq edib.


"Heç üzülməyin. Həmişə ikinci, üçüncü həkimin rəyini alın. Bu sizin həyatınızı xilas edə bilər.

O bildirib ki, həkimin səhvi ucbatından ağrılı prosedur və 2 dəfə epidural narkozdan keçib.

Süd vəzi xərçəngində aşkar olunan şişin əvvəlcə bədxassəli olduğu deyilsə də, sonrada bunun xoşxassəli fibroademona olduğu məlum olub.

"İndi hər şey yaxşıdır. Mənə 6 həftə bərpa dövrü lazımdır. Qorxulu anlar geridə qaldı".

Şeron Stounda əvvəllər də nəhəng ölçüdə xoşxassəli törəmələr tapılmışdı.

Aygün Musayeva