Məhşur Hollivud aktyoru və professional idmançı Dolf Lundqren bir neçə il öncə xərçəng xəstəliyinə tutulub. Aktyora 2015-ci ildə böyrək xərçəngi diaqnozu qoyulub.
“Medicina” xəbər verir ki, aktyor Dolf Lundqren səkkiz ildir xərçənglə mübarizə apardığını açıqlayıb:
“2020-ci ildə İsveçə qayıtdım və MRT-dən keçdim. Həkimlər daha bir neçə şişin olduğunu müəyyən etdilər”.
Lundqren sistemli müalicəyə başlamalı oldu. Aktyorda 2021-ci ilin payızında “Aquaman” və “The Expendables” filmlərinin davamını çəkmək üçün Londona gəlişində daha bir neçə şiş aşkar edilib.
“Həkimdən soruşdum: “Səncə, mənim nə qədər ömrüm qalıb?” Düşünürəm ki, o, 2-3 il dedi, amma səsindən hiss etdim, daha az olduğunu düşünürdü”- Lundqren xatırlayır.
Aktyor bildirib ki, ikinci həkim onun müalicəsini nəzərdən keçirib. Yeni üsullar 3 ay ərzində onun şişlərini təxminən 20-30% azaldıb.
Aktyor çəkilişlərə böyük inamla qayıdıb.
Günay Quliyeva