Dünya mediası insanın immun çatışmazlığı virusundan (İİV) 100% qoruyan preparatın yaradılması haqqında məlumat yayıb.
Yeni məhsul klinik tədqiqatlar da daxil olmaqla, bütün testelərdən uğurla keçib.
Bununla belə, yeni dərmanla bağlı hələ də çoxlu suallar var.
Həqiqətən də bu dərmana etibar etmək olarmı?
Medicina.az xəbər verir ki, baş həkim, yoluxucu xəstəliklər üzrə mütəxəssis Anna Kuznetsova bu barədə mühüm açıqlama verib.
“Bu peyvənd deyil, ancaq insan orqanizminə yeridildiyində İVV-ə qarşıq təsirli olan dərmandır. Bu, sonradan HİV infeksiyasının qarşısını alan öz antikorlarınızın istehsalını stimullaşdırmır.
Müəyyən bir müşahidə dövrü ərzində hər altı aydan bir kifayət qədər dar bir qrup sağlam fərdlərə, yəni HİV-ə yoluxma hallarının yüksək olduğu və yoluxma riski yüksək olan Afrika ölkələrində yaşayan heteroseksual qadınlara tətbiq edilib”, - deyə mütəxəssis bildirib.
Onun fikrincə, dərmandan istifadə insanda arxayınlıq hissi yarada bilər ki, bu da son nəticədə HİV-ə, eləcə də cinsi yolla keçən digər infeksiyalara yoluxma hallarının artmasına səbəb ola bilər:
“Oxşar hallar xaricdə yetkinlərdə İİV-ə məruz qalmadan əvvəl digər profilaktika rejimlərinin geniş tətbiqi ilə bağlı artıq müşahidə edilir. Xüsusilə Qərbi Avropa və Şimali Amerikada sifilis xəstəliyinin geniş yayılması və HİV-ə yoluxma hallarının artması müşahidə olunur”.
Həkim bildirib ki, bu dərman böyük sensasiya yaratmamalıdır. Çünki əvvəllər də buna oxşar vasitələr gündəmə gəlib.
“Xəstəliyin qarşısının alınması ilə bağlı ən yaxşı çarə hələ də öz məsuliyyətli davranışınız və özünüzü HİV infeksiyası riskinə məruz qoya biləcəyiniz vəziyyətlərdən çəkinməkdir", - deyə Anna Kuznetsova vurğulayıb.
Aysel