Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hisə verilmiş balıqlarla bağlı xəbərdarlıq edildi - ÖLÜM FAKTLARINA GÖRƏ

  • 2019.06.08 09:35
  • 6597 Baxış
Hisə verilmiş balıqlarla bağlı xəbərdarlıq edildi - ÖLÜM FAKTLARINA GÖRƏ

 

Avropanın Ərzaq Təhlükəsizliyi Agentliyi (EFSA) Estoniya istehsallı hisə verilmiş somon və forel (alabalıq) balığının tərkibində həyati təhlükə yaradan listeriya infeksiyası aşkar edib. Medicina.az xəbər verir ki, artıq bu səbəbdən beş nəfər həyatını itirib.
EFSA Estoniyadan bu balıq növünü idxal edən ölkələrə artıq rəsmi xəbərdarlıq göndərib. İndiyədək 22 yoluxma faktı qeydə alınıb ki, onlardan da beşi ölümlə nəticələnib. Ən çox yoluxma faktı Danimarkada aşkarlanıb. Bakteriyanın mənbəyi aşkarlanmayıb. Böyük ehtimalla mənbə balıqların hisə verildiyi zavodlardan birindədir.
Listeriya infeksiyasını çiy məhsulların tərkibindəki konkret mikroblar törədir. İnfeksiyanın əlamətləri qızdırma, başağrısı, titrətmə, qusmadır. Vaxtında aşkarlanmış infeksiyanın nəticələri güclü antibiotiklərlə aradan qaldırıla bilər.

 


 

Hisə verilmiş balıqlarla bağlı xəbərdarlıq edildi - ÖLÜM FAKTLARINA GÖRƏ