Hazırda satışda müxtəlif sexlərdə, hətta kustar üsulu ilə hazırlamış hisə verilmiş - kopçenniy məhsullar - saçaqlı pendir, balıq, toyuq var.
Medicina xəbər verir ki, Britaniyanın Qida Standartları Agentliyinin ekspertləri hisə verilmiş balıqda listerioz adlı təhlükəli bakteriyanın ola biləcəyini bildirib.
Hamilə qadınlara, uşaqlara və yaşlı insanlara belə balıq olmaz.
Bakteriya səbəbindən zəhərlənmə, ishal ola bilər.
Hətta hisə verilmiş losos belə listerioza səbəb ola bilir.
Sağlam, gənc adamlarda bu infeksiya simptomsuz keçir, zəif immunitetli insanlarda isə həyati təhlükəlidir.
Hamilələrdə bu ölü doğulmaya belə səbəb ola bilər.
Hətta Britaniyada 2020-ci ildə 14 nəfərdə listerioz aşkarlanmışdı.
Xüsusilə 65 yaşdan yuxarı şəxslər, xərçəng xəstələri hazır hisə verilmiş balığı yeməsin
Ya da yeməzdən əvvəl bişirilsin. Yüksək temperatur bakteriyanı öldürə bilər.
Aygün Musayeva
Selam aleykum,necesiz Almanyadan narahat edirem men periz saxliyiram hise verilmiş baliq yeniden kökeldermi ?