Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hirs, qəzəb və depressiya qaraciyər xəstəliyinin əlamətidir

  • 2022.11.18 15:54
  • 2113 Baxış
Hirs, qəzəb və depressiya  qaraciyər xəstəliyinin  əlamətidir

İnsanın emosional durumu, hissləri, neqativ olması və ağlaması onun qaraciyərinin normal işləmədiyini göstərir.

“Medicina” xəbər verir ki, qastroenteroloq Valeriya Lomova stress və depressiyada olan insanlara qaraciyərini yoxlatmağı tövsiyə edib.

“Qaraciyər xəstəliyi və ya toksinləşməsi zamanı qanda toksin və zərərli maddələrin miqdarı artır, bu da qanla bütün orqanlara daşınır, nəticədə beyin, qalxanvari vəz neqativ işləyir.

Üstəlik ödün hasili və süzülməsi də pozulur, bu da emosional simptomatikanı daha da gücləndirir.

Qaraciyərin normal işləmədiyini göstərən siqnallardan biri də emosinal durumun pisləşməsidir. Bu o deməkdir ki, qaraciyər ammiak qalıqlarını bədəndən çıxarmır, bu toksin baş beyinə təsir edir.

Emosional dözümsüzlük, tez qıcıqlanmaq, ağlamaq, həyata küskünlük, qəzəb, kin, apatiya, yuxusuzluq qaraciyərdən ola bilər.

Digər simptomlar:

- Bədənin hərarətinin davamlı 37 olması
- Çəkinin itirilməsi
- Sidik və nəcisin rənginin dəyişməsi
- Dəridə qaşınma

- Allergiya
- Ağızda acı dad
- Bədəndə şişkinlik
- Gözün üstündə piy düyünlərinin olması

Aygün Musayeva