Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Hippokrat maskası” – Ölüm yaxınlaşarkən insanın üzü necə dəyişir?

  • 2020.11.23 17:15
  • 4813 Baxış
“Hippokrat maskası”  – Ölüm yaxınlaşarkən insanın üzü necə dəyişir?


Hippokrat maskası adlı sindrom həkimlərə tanışdır. Burda söhbət insanın, xəstənin ölüm ərəfəsində olduğunu göstərən zahiri əlamətlərdən gedir.


Bu əlamətləri ilk olaraq Hippokrat özü qeyd etmişdir. Ona görə üzdəki ölüm işarətlərinin məcmusuna onun adı verilib.
Medicina.az xəbər verir ki, Hippokrat dövründə insanlar daha çox qarın boşluğu iltihabı, irinlərindən ölürdü. O ərəfədə meyiti yarmaq günah və cinayət hesab edilirdi. Ona görə həkimlər üçün ölüm səbəbini araşdırmaq çətin idi
.
Hippokrat xəstələrində bəzi zahiri əlamətlərə görə qarında peritonit, qanaxma, xora, bağırsaq keçməməzliyi, appendisitin olduğunu öyrənməyə başladı.

Bu xəstəliklər oxşar gedişata malik olduğu üçün əlamətləri də eynidir: qarında kəskin ağrılarla yanaşı, xəstənin gözləri çuxura düşür, yanaqları batır, çuxurlanır, gicgah sümüyü və burnu sivriləşir, qulağın ucu geri gedir, qulaqlar soyuq olur. Üzün rəngi torpaq rəngi alır, bozarır, iltihabi proseslərdə yaşıl rəng alır, göz bəbəkləri sanki şəffaf plyonka ilə örtülür, büllur donuqlaşır, dodaqlar ağarır, göyərir, ağız küncləri aşağı düşür. Alında tər damlaları yaranır, amma alın özü quru qalır.

Məhz bu əlamətlərə görə Hipporkat xəstənin ölümlə çarpışdığını anlayırdı.

Bütün xəstəliklər üzdə yazılıb

1884-cü ildə amerikalı həkim Raunenin “Müalicə, terapiya və diaqnostika üzrə məsləhətlər” kitabında o pasiyentin üzünə baxaraq diaqnostika metodikasını verib.

Raue yazır ki, əgər gələcəkdə həkimlər xəstənin üzündəki dəyişiklikləri dərindən öyrənsələr- rəngi, cizgiləri, mimikası, hərarəti – o zaman dəqiq və səhvsiz diaqnoz qoya bilərlər.

Raue əmindir ki, bütün xəstəliklər üzdə təzahür edir.

Məsələn sallaq, boş və aşağı doğru gedən cizgilər yuxu, depressiya, həzmlə problemləri göstərə bilər.
Professorun fikrincə, insanın ölümə doğru getdiyini də görmək olar.
Hippokrat maskası ilə müasir dövrdə Çikaqo alimləri də maraqlanıb.
Bir meçə təcrübədən sonra onlar belə nəticəyə gəlib ki, ölümə bir il qalmış yaşlı insanlarda həm zahiri, həm patoloji, həm psixoloji dəyişikliklər baş verir.
Belə ki, göz bülluru sönür, işığı azalır, donuqlaşır, insanda aqressiya itir, o daha sözəbaxan olur.

Üzdə simmetriya – ölümə yaxın

Hippokrat maskasında da qeyd olunur ki, ölməyə az qalmış insanın üzündə assimetriya azalır, itir və o daha simmetrik olur.

Bunu rusiyalı professor Yevgeniy Çernosvitov da təsdiqləyib.


O, uzun illər tibbi məhkəmədə işləyib.
Onun bir hobbisi də dahi şəxslərin ölüm öncəsi maskalarını toplamaq idi.

Ölənlərin üzünün analizləri nəticəsində Çernosvitov belə bir hipotez irəli sürdü ki, ölümə yaxın insanın üzü sanki açılır və assimetriya itir, sağ və sol tərəfdəki fərqlər aradan qalxır.

İnsanın üzü assimterikdir. Bİr gözü digərindən kiçik, bir tərəfi digərindən fərqli.
Vaxt keçdikcə, zamanla bu assimmetriya hamarlaşır.

O hətta maraqlı təcrübəsini də bölüşüb:

Müharizələrinin birində o, iştirakçılara müxtəlif illərdə çəkilmiş şəkillərinə diqqətlə baxmağı və üzdə dəyişikliklərə diqqət yetirməyi tapşırır.

Mühazirənin sonunda ona cavan bir gözətçi yaxınlaşıb, üzündəki assimteriyanın itdiyini, üzünün tam düzgün olduğunu bildirib. Professor onun üzünə baxdıqda həqiqətən belə olduğunu görür. Lakin o heç bir söz demir.

Cəmi 3 gün sonra həmin gəncin məhbuslardan biri tərəfindən bıçaqlanıb öldürüldüyünü eşidir


“Mən bu vaxta kimi üzü assimmetrik olan meyit görmədim” – deyə o bildirir.

Orqanizm yaşlandıqca və ya həyat gücünü itirdikcə, assimmetriya itir və deqradasiya baş verir.