Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Hippokrat andında həkimin xəstədən pul almayacağı barədə söz yoxdur"- CƏRRAH

  • 2021.10.16 17:14
  • 2479 Baxış
"Hippokrat andında həkimin xəstədən pul almayacağı barədə söz yoxdur" - CƏRRAH

Azərbaycanda cərrahi əməliyyatlar və prosedurların baha olması hər kəsi narahat edir. Peşəkar cərrahlar daha çox özəl klinikalarda çalışır və onların xidmətindən istifadə etmək də olduqca bahalıdır.

Puldan söz düşəndə hər kəs Hippokrat andını misal çəkir. Hippokrat andına görə həkim xəstəni pulsuz müalicə etməlidirmi?


Medicina.az xəbər verir ki, Ümumi cərrah Elşən Qədimov report.az-a müsahibəsində bu məsələyə aydınlıq gətirib.


- Əslində Hippokrat andını oxuyanlar görə bilər ki, orada həkimin xəstədən pul almayacağam sözü yoxdur.

Hazırda Azərbaycanda özəl klinikaların sayı kifayət qədərdir və həkimlərin böyük qismi də məhz özəl tibb müəssisələrində fəaliyyət göstərirlər. Təbii ki, özəl xidmətin də müəyyən dəyəri olmalıdır. Qiymətləri əməliyyat zamanı istifadə olunan ləvazimatların, aparatların bahalı olması, kommunal xərclər, həkimin məvacibi müəyyənləşdirir.

Əməliyyat bloku olan tibb müəssisəsinin xərcləri əməliyyat üçün alınan məbləğdən çıxır. Bu, bazar iqtisadiyyatıdır. Əməliyyatların növünə görə də qiymətlər dəyişir. Xəstənin əməliyyat üçün ödədiyi məbləğin təxminən 95 %-i onların görmədiyi xərclərə sərf olunur. Misal olaraq, əvvəllər yırtıq əməliyyatları açıq üsulla icra edilirdisə, hazırda laparoskopik üsulla həyata keçirilir. Bunun üçün mürəkkəb texnikadan istifadə olunur.


Avropa ölkələrində böyük vəsait tələb edən əməliyyat xərclərini icbari tibbi sığorta qarşılayır. İnanırıq ki, Azərbaycanda da yaxın gələcəkdə yüksək məbləğli əməliyyatlar da məhz icbari tibbi sığorta əsasında öz həllini tapmış olacaq. Dövlət müəssisələrində bu kimi əməliyyatlar sığorta hesabına olsa da, özəl xəstəxanalarda baha başa gəlir. Bu həm xəstə məmnunluğu, həm də bizim işimizin rahat olması baxımından vacibdir