Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hipoteriozu olanlar şirniyyat və unu azaltsın

  • 2022.10.20 16:34
  • 2632 Baxış
Hipoteriozu olanlar şirniyyat və unu azaltsın



Qalxanvari vəzinin aktivliyinin azalması və hormonal pozulmaları olanların çəkisi arta bilər.

Bunun üçün onlar un məmulatı və şirniyyatdan demək olar, imtina etməlidir.

"Medicina" xəbər verir ki, dietoloq Darya Rusakova xəstələrə xəbərdarlıq edib.

"Hipoterioz diaqnozu qoyulanlar rafinə olunmuş karbohidratlar,un məmulatı, bulka, çörək, şirniyyatı rasionda azaltmalıdır. Onlarda maddələr mübadiləsi zəifləmiş olur.

Belə yavaşımada orqanizm fiziki aktivlik, hətta idman zamanı çox az kalori yandırır.

Şirin və un məmulatları yeyildikdə onlar qarın və bel piylənməsinə sürətlə çevriləcək.
Ona görə kalorini azaltmalı, fiziki aktivliyi çoxaltmalıdırlar".

Aygün Musayeva