Hindistanda 45 yaşlı qadın insanları qeyri-adi üsulla müalicə edir.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət 45 yaşlı Fuleşvari Devidən gedir. O, xeyli uzaq məsafələrdən yanına müalicə üçün gələn şəxsləri qəribə vergisi və köhnə "sehrli” qılıncı ilə sağaltdığını deyir. Devi qılıncının ucuyla xəstələrin ağrıyan yerinə toxunur və ona şəfa verdiyini iddia edir.
Maraqlısı odur ki, onun yanına gələn şəxslər də şəfa tapdıqlarını söyləyirlər.
25 ildir bu işlə məşğul olan təbib-cadugər həftədə 2 dəfə qəbul keçirir və xüsusi tilsimlərini oxuyaraq qılıncını işə salır.