Bollivud ulduzu, 77 yaşlı hindistanlı aktyor Amitabx Baççan koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə aktyor Tvitter hesabında qeyd edib. O bildirib ki, koronavirus testinin nəticəsi pozitiv olub:
"COVİD-19 testim pozitiv çıxdı. Məni xəstəxanaya yerləşdirdilər. Ailəm və işçilərim də test verib, nəticəni gözləyirlər".
Aktyor son 10 gündə onunla təmasda olan hər kəsdən koronavirus testindən keçməyi xahiş edib.