Hindistan koronavirusla mübarizədə itkiləri və yoluxma sayları ilə bütün dünyanı “şok” etdi.
Medicina.az xəbər verir ki, ÜST mütəxəssisi Soumya Svaminathan virusun sərhədlərə, milliyətə, yaşa, cinsiyyətə baxmadığını bildirib:
“İndi Hindistanda yaşanılanlar dünyanın digər ölkələrində də yaşanır. Bu ölkədəki yoluxma riski nə qədər yüksəkdirsə, digər ölkələrə yayılma riski də o qədər yüksəkdir. Səyahət qadağası, testlər, karantin tətbiq olunsa belə infeksiya yayıla bilir. Hindistanda narahat edən bir başqa səbəb yeni mutant viruslardır. Bəziləri Hindistanda yayılan mutasiyaya “cüt mutant virusu” deyir. Yeni mutantlar vaksini təsirsiz edə bilər. Vaksinasiya Hindistanda yavaş-yavaş irəliləyir. İndiyə qədər yalnız ölkənin 10 faizi ilk dozanı alıb. Hər iki dozu alanlar isə 2 faizdir. Hindistanında vəziyyətin bu dərəcədə ağır olmasının səbəblərindən biri də budur. Buna görə də vaksinasiyanın sayını artırmaq lazımdır”.