Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hindistanda yoluxma sayında rekord

  • 2021.04.24 10:10
  • 1852 Baxış
Hindistanda yoluxma sayında  rekord
Hindistanda yeni növ koronavirusa (COVID-19) sutkalıq yoluxma sayı 346 786-ya çatıb, 2,6 mindən çox insan ölüb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricilərdir.

Medicina.az -ın məlumatına görə, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikincidir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 16,6 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 13,8 milyondan çox insan sağalıb, 189,5 min nəfər ölüb.

Xatırladaq ki, Hindistanda koronavirus xəstələrinin sayında artım fevral ayının ortalarından bəri davam edir. Nəticədə COVID-19-dan müalicə alanların sayı 2,55 milyonu ötüb.