Koronavirus səbəbindən Hindistanda daha dəhşətli bir xəstəlik epidemiya halını alır.
Ölkənin tibb işçiləri həyəcan təbili çalır.
Medicina.az xəbər vermişdi ki, mukormikoz adlı göbələk xəstəliyi ölümcüldür. Xalq arasında “qara kif” adı verilən xəstəlik artıq Hindistanın 2 ştatı – Radcastan və Telanqana yayılıb.
Radcastanın səhiyyə rəhbəri Ahil Aror bildirib ki, mukormikoza yoluxan insanların sayı artır. Bu infeksiya koronavorusun ağırlaşması kimi baş qaldırıb.
Hazırda 2 ştatda qara kiflə xəstələnmiş 100 insan qeydə alınıb.
Bu xəstələr üçün ayrıca xəstəxana ayrılıb.
Göbələk xəstə insandan digər insana keçir.