Hindistanda 40 mindən çox insan mukormikoza (“qara kif”) yoluxub.
Bu barədə “RİA Novosti” Hindistanın səhiyyə naziri Harş Vardhana istinadən xəbər verib.
Onun sözlərinə görə, ölkədə ümumilikdə 40 845 belə hal qeydə alınıb, 31 344 xəstədə xəstəlik buruna, paranazal sinuslara (burun ətrafındakı sümüklərin içərisində olan hava boşluqları) və beynin bir hissəsinə təsir edib.