Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hindistanda “Qara kif” xəstəliyi yayılır - Bizə gəlib çatacaqmı?

  • 2021.05.18 17:55
  • 2759 Baxış
Hindistanda “Qara kif” xəstəliyi yayılır -  Bizə gəlib çatacaqmı?
Hindistan dünyaya yeni koronavirus ştammı bəxş edib və indi hər gün milyonlarla insan kovidə yoluxur.

Ötən ay ölkədə yeni bir xəstəliyin qığılcımı aşkarlanıb. Bu, mukormikoza, xalq arasında “Qara kif” adlanan göbələk xəstəliyidir.

Alimlər bu xəstəliyin ölkədən kənara çıxacağından narahatdır.
Medicina.az xəbər verir ki, hind qara kif xəstəliyi burun, ağızdan orqanizmə daxil olur, ağciyərləri, gözləri zədələyir. Bu xəstəliyə kovidə yoluxmuşlar da yoluxur və ölüm halları da az deyil.

Rusiya mütəxəssisləri bu xəstəliyin Rusiyaya və digər ölkələrə çatıb-çatmayacağını və fəsadlarını müzakirə edib.

Mukormikoz Mucorales göbələk ailəsi tərəfindən yaranır, daha çox çürümüş torpaqda yaranır.

Şəkərli diabet, xərçəng və qaraciyər xəstələrində ağırlaşmalar zamanı olur.

Eləcə də hormonal steroid dərmanlar bu göbələyin inkişafına təkan verir. Görünür Hindistanda milyonlarla insana bu dərmanların koronavirusa görə verilməsi bu göbələyə geniş imkanlar yaradıb. Hindistan pandemiyadan əvvəl də bu göbələk üzrə dünyada çox xəstə olan ölkə olub.

Həkimlər qara kifin yüksək ölüm faizi olduğunu bildirir. Göbələk bədənə zəhərləyici təsir göstərir, üz, gözlər, ağciyərləri zədələyir. Onu təkcə qara kif yox, qara ölüm də adlandırırlar.

Hindistanda diabet və digər xəstələrə koviddən müalicə məqsədilə deksametazon kimi dərmanların verilməsi fonunda göbələyin bu xəstələrdə və daha sonra onlardan digər insanlara keçməsinə şərait yaradıb.