Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hindistanda Nipah virusu xəbərdarlığı: 14 yaşlı uşaq öldü

  • 2024.07.22 10:42
  • 714 Baxış
Hindistanda Nipah virusu xəbərdarlığı:  14 yaşlı uşaq öldü
Hindistanda Nipah virusu sürətlə yayılır.

Medicina.az xəbər verir ki, Kerala əyalətinin səhiyyə orqanları 14 yaşlı uşağın Nipah virusundan ölməsindən sonra həyəcanlı vəziyyət elan edib.

Kerala səhiyyə naziri Veena George, uşağın Pandikkad şəhərindən olduğunu və onunla təmasda olan insanların təcrid olunaraq yoxlanıldığını deyib. Bölgədəki insanlardan ictimai yerlərdə maska taxmaq və xəstəxanalarda xəstələrə baş çəkməmək kimi ehtiyat tədbirlərinə əməl etmələri istənilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Nipah virusu donuz və meyvə yarasaları kimi heyvanlardan insanlara keçən “zoonoz xəstəlikdir”. Çirklənmiş qida və yoluxmuş şəxslə təmas yolu ilə də ötürülə bilər. ÜST bu virusu epidemiyaya səbəb ola biləcəyinə görə prioritet patogenlər sırasına daxil edib.

Virus ilk dəfə 2018-ci ildə Keralada aşkarlanıb. 14 yaşlı oğlan virusun aşkarlanmasından cəmi bir gün sonra vəfat edib.

Ştat hökuməti Nipah epidemiyasının qarşısını almaq üçün fəaliyyət planı hazırladığını açıqlayıb.