Ötən gün ərzində Hindistanın Uttar-Pradeş ştatında naməlum virus qızdırmasından azı 12 uşaq dünyasını dəyişib.
Medicina.az TASS agentliyinə istinadən xəbər verir ki, regionda bu epidemiyadan ölənlərin ümumi sayı 68 nəfərə çatıb ki, onların 40-ı uşaqdır.
Məlumata görə, bu yalnız təxmini saydır, belə ki, yerli səhiyyə departamenti özəl xəstəxanalarda və evdə qızdırmadan ölmüş şəxsləri qeydə almayıb.
Hindistan həkimləri virus qızdırmasının yaranması və yayılmasının əsas səbəbi kimi əhalinin sanitar-gigiyena normalarına riayət etməməsi, həmçinin su hövzələrində və çaylarda xəstəlik daşıyıcısı olan mığmığaların artması ilə izah edir.