Hindistanda aşkar olunmuş koronavirusa yoluxma hallarının ümumi sayı 7,5 milyonu keçib.
Medicina.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat verib.
Qeyd olunub ki, Hindistanda son sutka ərzində 55 722 nəfər virusa yoluxub. Həmçinin son sutkada ölkədə 579 nəfər COVID-19 qurbanı olub. Bununla da ölənlərin ümumi sayı 114 610 nəfərə çatıb.
Ölkədə 6,6 milyondan çox insan koronavirüsdən sağalıb.