Hindistanda son sutkada 773 nəfər koronavirusa yoluxub.
Məlumatı ölkənin Səhiyyə və Ailənin Rifahı Nazirliyi yayıb.
Virusa yoluxanların ümumu sayı 5 194-ə çatıb.
Hazırda 4 643 pasiyent müalicə olunur, 149 nəfər ölüb. Ən çox yoluxma faktı Maxaraştr əyalətində qeydə alınıb. Orada 1 018, Tamilnadd 690, ölkə paytaxtı Dehli ərazsində 576 nəfər koronavirusa yoluxub.
Qeyd edək ki, aprelin 21-dək Hindistanda özünütəcrid rejimi tətbiq edilib.