Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hindistanda kabus davam edir: Yoluxma 20 milyona çatır

  • 2021.05.03 10:39
  • 1160 Baxış
Hindistanda kabus davam edir:  Yoluxma 20 milyona çatır
Hindistanda son sutka ərzində 367 147 koronavirus xəstəsi aşkar edilib.

Medicina.az xəbər verir ki, ölkədə pandemiya başlayandan bəri COVID-19-a yoluxmuş insanların ümumi sayı 19,93 milyona çatıb.

Virus son sutka ərzində Hindistanda 3 417 nəfərin ölümünə səbəb olub. Ölkədə xəstəlik səbəbindən ümumilikdə 218 959 nəfər dünyasını dəyişib.

Lakin ekspertlər bildirirlər ki, 1,35 milyard əhalisi olan Hindistanda COVID-19 xəstələrinin sayı rəsmi rəqəmlərdə göstərildiyindən 10 dəfə artıq ola bilər.

Ölkədə xəstəxanalar tam dolub, tibbi oksigen təchizatı qurtarmaq üzrədir, morqlar və krematoriyalar isə meyitlərlə tam dolub.

Dünyanın ən böyük peyvənd istehsalçısı olmasına baxmayaraq, Hindistan özü peyvənd çatışmazlığı ilə üzləşib. Ölkə əhalisinin hələ ki, yalnız 9 faizi vaksinasiya edilib.