Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hindistanda JN.1 virusuna yoluxma artır

  • 2023.12.27 19:44
  • 824 Baxış
 Hindistanda JN.1 virusuna yoluxma artır
    
Kovidin yeni alt ştammı JN.1 Hindistanı cənginə alıb.


“Medicina” xəbər verir ki, Avropada yayılan ştamm indi də Hindistana keçib.

26 dekabrda ölkədə 110 yeni yoluxma qeydə alınıb.

Hindistan Səhiyyə nazirliyinin məlumatına görə, yeni ştamm Omikron ailəsinə aiddir. Hələ ki, yoluxanlar xəstəliyi yüngül keçirir, təşvişə gərək yoxdur, amma bilməliyik ki, virus qayıdıb.

ÜST bildirir ki, bu növ çox sürətli yoluxuculuğu ilə seçilir.

Ölüm faizi çox azdır, amma letallıq riski var.

Aygün Musayeva