Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hindistanda daha bir bəla: Ölənlərin sayı 114-ə çatdı

  • 2021.09.13 11:33
  • 990 Baxış
Hindistanda daha bir bəla:  Ölənlərin sayı 114-ə çatdı
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında denge qızdırmasından vəfat edənlərin sayı 114 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, iki həftə əvvəl başlamış epidemiyadan ölənlərin 88 nəfəri uşaq olub.

Hazırda ştat ərazisindəki xəstəxanalarda 12 mindən çox xəstə denge qızdırmasından müalicə olunur.

Uttar-Pradeşdə məktəblərdə 1-8-ci siniflər üzrə dərslər dayandırılıb.

Qeyd edək ki, denge qızdırmasının əsas daşıyıcıları ağcaqanadlar hesab olunur. Hazırda Hindistanda yağıntılar mövsümü olduğu üçün bu cür ağcaqanadların sayı kəskin artıb.