Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hindistanda 60 min xəstə pandemiyadan öldü

  • 2020.08.27 09:04
  • 2379 Baxış
Hindistanda 60 min xəstə pandemiyadan öldü


Hindistanda son sutka ərzində 75 995 nəfər koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, yoluxma sayının artması koronavirusun daha çox yayıldığı Mumbay, Nyu-Dehli və Çennai kimi şəhərlərində səhiyyə xidmətini çətin vəziyyətə salıb.

Həmçinin son sutka ərzində ölkədə həyatını itirən koronavirus xəstələrinin sayı 1 017 nəfər təşkil edib.

Hindistanda indiyədək 3 307 749 nəfər koronavirus infeksiyasına yoluxub, 60 629 nəfər isə COVID-19 xəstəliyi səbəbindən vəfat edib.

Hazırda Hindistan yoluxma hallarının sayına görə dünyada üçüncü yeri tutur.