Hindistanda 48 mindən çox ev quşu məhv edilib.
Medicinaaz xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb quş qripi təhlükəsi olub.
Belə ki, Hindistanın bir neçə ştatında quşların naməlum şəkildə tələf olması quş qripinin yenidən ortaya çıxması riski yaradıb.
Hazırda tələf olan quşlardan götürülən nümunələr araşdırılır. Nəticələr hələ məlum olmasa da, profilaktik tədbir kimi ev quşlarının böyük qismi, həmçinin vəhşi quşların, çöl qarğalarının məhv edilməsinə başlanılıb. İnsanlara keçmədən xəstəliyin qarşısının alınması prioritet vəzifə elan olunub.