Fransanın Lo və Qaronna departamentində COVID-19 virusunun Hindistan ştammına yoluxma aşkarlanıb.
Medicina.az xəbər verir ki, bunu Yeni Akvitaniya bölgəsinin regional səhiyyə təşkilatının rəhbəri Benuat Elbod deyib.
Onun sözlərinə görə, yeni ştamm Hindistandan ölkəyə gələn fransızın analizlərinin cavabında aşkar edilib. Hazırda təcrid olunan şəxsin təmasda olduğu insanlar da yoxlanılır.