Qərb mətbuatının məlumatına görə, Hindistanın cənubunda 11 nəfər NİPAX virusuna yoluxaraq ölüb. Bu virusa qarşı vaksin yoxdur və yoluxanlar 5 gün ərzində həyatını itirir.
Medicina.az xəbər verir ki, virusun daşıyıcıqı qanadlı gəmiricilər, yarasalardır.
Hindistan rəsmiləri təsdiq edib ki, daha 25 nəfər şübhəli kimi xəstəxanaya yerləşdirilib. Hazırda virusdan ölənlərin cəsədlərindən analizlər aparılır. Hətta xəstəxanada xəstəyə baxan tibb bacısı da yoluxaraq vəfat edib.
NİV – NİPAX virusu dünyanın 10 ən təhlükəli virusu siyahısındadır. Ölkə rəhbərliyi virusun geniş yayılmasının qarşısını almaq üçün tədbirlər görür.
Ilk yoluxan insan yarasanın dişlədiyi manqonu yediyi üçün yoluxmuşdu. Bu virus yeni kəşf olunan virusdur, insana heyvandan keçir. İlk dəfə 1999-cu ildə Malayziyada qeydə alınıb, o vaxt donuzlardan insana keçmişdi və virus 100 nəfərin həyatına son qoymuşdu.
Simptomları: hərarət, baş ağrısı, yuxululuq, təngnəfəslik, huşun itməsi. 3 sutkadan sonra xəstə komaya düşür.