Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həzmi asanlaşdırır, stresi yox edir- Nanə cövhəri yağının FAYDALARI

  • 2019.11.28 10:18
  • 79659 Baxış
Həzmi asanlaşdırır, stresi yox edir-  Nanə cövhəri yağının FAYDALARI

Nanə (Mentha) bitkisinin dünyada yayılması haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi alimlər nanənin 300, digərləri 100, başqa bir qrup alimlər isə 25 növünün olduğunu iddia edirlər. Alimlərin bir qrupu nanənin (Mentha) Rusiya, Ukrayna və Qafqaz ərazisində 25-ə yaxın növü, 10 yarımnövünün yayıldığını qeyd edirlər. Bütün növlər çox aromatikdir və əksəriyyətinin də tərkibində mentol vardır.


Qədim Yunanıstan və Roma ərazisində nanə növlərindən çox geniş istifadə olunub. Onlar belə hesab edirdilər ki, bu bitki zehni fəaliyyəti yaxşılaşdırır, gümrahlıq hissi yaradır.  Hazırda nanə yağı ətriyyat və kosmetika sənayesində,  həmçinin diş pastası və diş tozu istehsalında istifadə edilir.

 

Medicina.az xəbər verir ki, əksər hallarda nanədən mədə ağrıları zamanı, həmçinin ürək bulanması vaxtı istifadə edirlər. Nanə sətəlcəmə qarşı da effektiv təsirə malik olduğu üçün onun köməyi ilə bronxit, zökəm, angina və bir sıra digər xəstəliklər müalicə olunur. Həmçinin nanədən mətbəxdə də geniş istifadə olunur.  Nanə yarpaqlarından hazırlanan "nanə cövhəri” isə mədə-bağırsaq xəstəlikləri üçün ən yaxşı dərmandır.

 

Nanə cövhərinin faydaları: 

 

-Həzmi asanlaşdırır

 

-İştahanı açır

 

-Sidikqovucu və qazqovucudur

 

-Qaraciyər xəstəliklərinə qarşı faydalıdır

 

-Öd ifrazını nizamlayır

 

-Tənəffüsü asanlaşdırır

 

-Stresə qarşı faydalıdır

 

-Sinirləri sakitləşdirir

 

-Aritmiya ehtimalını azaldır

 

-Ana südünü artırır

 

-Yuxusuzluğu aradan qaldırır

 

-Antiseptik təsirə malikdir

 

-İshala qarşı faydalıdır

 

-Temperaturu aşağı salır

 

-Pazma ehtimalını azaldır

 

-Başgicəllənməsinin qarşısını alır

 

-Ürək-damar sisteminin fəaliyyətini nizamlayır

 

-Öskürəyi kəsir

 

-Bağırsaq qurdlarını salır

 

-Qripə qarşı faydalıdır

 

-Ağız iyini aradan qaldırır

 

-Dəri üçün ən yaxşı dərmandır

 

-Baş ağrısı və diş ağrısını aradan qaldırır

 

-Həyəcana və qoxuya qarşı faydalıdır

 
Həzmi asanlaşdırır, stresi yox edir-  Nanə cövhəri yağının FAYDALARI
Həzmi asanlaşdırır, stresi yox edir-  Nanə cövhəri yağının FAYDALARI