Bağırsaq sağlamlığının koqnitiv fəaliyyətə təsir etdiyi güman edilirdi. Yeni elmi araşdırma həzm problemlərinin idrak sisteminə necə təsir etdiyini öyrənib.
Daimi həzm problemləri beyni 3 il qocaldır.
“Medicina” xəbər verir ki, araşdırma xroniki qəbizliyin subyektiv olaraq, koqnitiv pozulmanı 73 faiz artırdığı sübut edib.
Araşdırmalara görə, qəbizliyin nəticələri üç illik koqnitiv yaşlanmaya uyğun gəlir.
Nevroloq Aleksandr Alexinanın sözlərinə görə, qəbizlikdən əziyyət çəkənlər, üç il əlavə idrak yaşlanmasına məruz qalır.
“Burada bağırsaq florası rol oynayır. Araşdırmalar nəticəsində iştirakçıların defekasiya tezliyi və subyektiv idrak funksiyası və onların bağırsaq mikrobiomu arasında əlaqə təhlil edilib.
Daha az bağırsaq hərəkətliliyi və zəif idrak funksiyası olan insanlarda mikroflorasında faydalı bakteriyaların olmadığı aşkar edilmişdir. Butirat digər mikrobların qan dövranına daxil olmasına mane olan bağırsaq maneəsini qoruyur və eyni zamanda kolon hüceyrələri üçün əsas enerji mənbəyi kimi xidmət edir.
Gündə iki və ya daha çox dəfə defekasiya edən və daha zəif idrak funksiyası olanlarda iltihabı təşviq edən və disbiozla əlaqəli olan bakterial növlərin daha yüksək səviyyələri aşkar edilmişdir.
Balanslaşdırılmış pəhriz və nəmləndirmə qəbizliyin qarşısını almağa və həmçinin idrak sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər”.
Günay Quluzadə