Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həzm pozulması - Dispepsiyanın səbəbləri - Necə müalicə edək?

  • 2024.03.26 16:20
  • 1316 Baxış
Həzm pozulması  - Dispepsiyanın səbəbləri   - Necə müalicə edək?

Dispepsiya (və ya həzm pozulması)-qarnın yuxarı hissəsində lokallaşmış xroniki və ya residivverən ağrı və ya diskomfortdur. Bu qarnın köpməsi və dolğunluq hissi, tez doyma, qıcqırma, gəyirmə, ürəkbulanma və ya qusma ilə biruzə verə bilər.


"Medicina" xəbər verir ki, Dispepsiya tez-tez rast gələn pozulmadır, 25-40% sağlam insanlarda il ərzində 1 və ya daha çox dispeptik epizodlar olur. O, çox zaman mədə-bağırsaq traktının funksional pozulmaları adlı qrup əmələ gətirən qıcıqlanmış bağırsaq sindromu (QBS) və digər xəstəliklər ilə eyni kateqoriyaya aid edilir.


Funksional dispepsiya epiqastral nahiyədə ağrı ilə müşayiət olunur, endoskopiya zamanı ciddi dəyişikliklər aşkarlanmır.


Hesab olunur ki, visseral hiperhəssaslıq, peristaltikanın pozulması və qeyri-adekvat psixoloji cavab funksional dispepsiyanın inkişafına təkan verir. Dispepsiyanın inkişafı həm də onikibarmaq bağırsağın mədə turşusu və lipidlərin səviyyəsinin disbalansına qarşı hiperhəssaslıgı ilə bağlıdır.


Dispepsiyanın əmələ gəlməsində bağırsaq hormonlarının, xolesistokinin və YY peptidinin patoloji səviyyəsi də rol oynaya bilər.


Qidalanma faktorları (məsələn, qəhvə və spirtli içkilərin həddən artıq qəbulu), qida allergiyası/dözümsüzlüyu (məsələn, laktozaya qarşı dözümsüzlük, qlüten-həssaslıq enteropatiyası, inək südünə qarşı allergiya), sorbitol və fruktoza ilə zəngin qarğıdalı tərkibli məhsulların həddən artıq qəbulu, qidalanma vərdişləri (tələsik qida qəbulu, yağla zəngin qidanın böyük paylarla qəbulu) və siqaret çəkmə xəstəliyin yaranmasına və proqressivləşməsinə təkan verir.


Piylənmə də patogenetik faktor kimi potensial təhrikedici (provokasiyaedici) rolu oynayır.


Dispepsiyanın ən başlıca səbəbləri peptik xora, qastroezofageal reflüks, qida borusunun medikamentoz xorası (qida borusunun selikli qişasının dəmir, kalium, xinidin, aspirin, steroid və tetrasiklin kimi preparatlarla qıcıqlanması, xüsusən az miqdar su ilə qəbul etdikdə), eləcə də uzun müddət iltihabəleyhinə qeyri-steroid preparatların qəbulu ola bilər. Bəzi məlumatlara görə, mikroorqanizmlərlə yoluxmadan sonra, Salmonella enteritidis və Helicobacter pylori daxil olmaqla, dispepsiyanın artması qeyd olunur.


Mədə və mədəaltı vəzin xərçəngi dispepsiyaya nadir hallarda səbəb ola
bilər. Dispepsiya zamanı üzvi səbəblərin (məsələn, qastroezofageal reflüks, xolesistit və QBS) inkar edilməsi və şübhəli simptomların aşkar edilməsi üçün hərtərəfli anamnezin toplanması vacibdir. Bu 45 yaşdan yuxarı dispepsiyalı pasiyentlərə, eləcə də, residivverən qusma, çəkinin itirilməsi, disfagiya, qanaxma və anemiyadan əziyyət çəkən istənilən pasiyentə aiddir. Müalicə səbəbə uyğun aparılır.


Funksional dispepsiyanın müalicəsində biotənzimləmə yolu ilə təsir edən preparatlar monoterapiya kimi tətbiq oluna bilər.


Gastricumeel (mədə nahiyəsində ağrı, yanğı hissi, qıcqırma)

Hepeel
(güclü köp olduqda)

Spascupreel (spazmlarda)


Biotənzimləyici preparatlar Almaniya istehsalıdır, təbii tərkiblidir, xüsusi üsulla hazırlanmış, kiçik dozalıdır, əlavə təsiri , əks göstərişi yoxdur. Hər yaşda qəbulu mümkündür.


Medicina.az