Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Heyvan sevgisi xəstəliklərin müalicəsinə müsbət təsir edir - ARAŞDIRMA

  • 2019.11.01 13:18
  • 5615 Baxış
Heyvan sevgisi xəstəliklərin müalicəsinə müsbət təsir edir -  ARAŞDIRMA

Daxili xəstəliklər
doktoru E.Avşar bildirib ki, heyvan sevgisi insan həyatı və sağlamlığına əhəmiyyətli
müsbət təsir göstərir. Onun sözlərinə görə, tibdə heyvanların köməyi ilə müalicə olunan insanların sayı xeyli çoxdur.

Medicina.azxəbər verir ki,həkimlər heyvanların köməyi ilə insanlarda yalnızlıq,
narahatlıq, depresiya kimi müxtəlif problemlərin təsirini araşdırdılar və müsbət
nəticələr əldə edirlər.

İnsanların
fiziki, sosial və ruhi sağlamlıqlarını yaxşılaşdırmaq, qorumaq və inkişaf
etdirmək üçün fəal çalışdıqlarını ifadə edən Avşar, xaricdə edilən bu araşdırmalardan
danışıb.

Belə ki, tədqiqatçılar
uzunmüddət qayğıya ehtiyacı olan yaşlı şəxslərdə6 ay ərzində heyvan dəstəyi ilə müalicəni
qiymətləndirib. Bu üsulun zehni və
emosional funksiyaları artırdığını və yaşlılarda tənhalığın azaldığını təsbit
edilib.

Başqa bir
araşdırmada, açıq ürək əməliyyatına girəcək xəstələrdə əməliyyat öncəsi
dönəmdə, terapiya üçün iti ilə videolu təlim keçilib. Nəticədə terapiya köpəklərinin təlim verərkən xəstələrin öyrənmələrini artırdıqları ortaya çıxıb.

Digər bir
araşdırmada isə yaşlı insanların evdə
müayinəyə gedən tibb bacıları 6 həftə ərzində itləri də özləri ilə birgə aparıblar. Nəticədə xəstələrin depressiya səviyyələrinin
azaldığını və emosional vəziyyətlərinin və sosial qarşılıqlı əlaqələrinin
yaxşılaşdığını müşahidə ediblər.