Heyva orqanizm üçün çox qiymətli bitkidir.
Heyva yarpağı çayı mədə xəstəliklərinə yaxşı təsir edir. Xərçəngə qarşı bədəni və hüceyrələri qoruyur. Heyva yarpağının çayı artıq piylərin yandırılması üçün effektli vasitədir. Həmçinin sərbəst radikalların cildə verdiyi zərərləri aradan qaldırmağa yardım edir.
İmmun sistemini möhkəmləndirir, ürəyi infarktdan və soyuqdəymədən qoruyur.
Medicina.az heyva yarpaqlarından möcüzəvi dəmləmənin hazırlanma reseptini təqdim edir.
Əvvəlcə isti suya 20-25 ədəd qurudulmuş heyva yarpağını atıb 4-5 dəqiqə zəif odda dəmləyin. Qaynadılmış yarpaqları süzüb çayı için. Lakin qəbizlik problemi olanlara heyva yarpağı çayı içmək tövsiyə edilmir.