Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Heyətimiz və ambulansımızla dövlətimizin yanındayıq” - Özəl klinikadan təşəbbüs

  • 2020.09.24 18:35
  • 3291 Baxış
“Heyətimiz və ambulansımızla  dövlətimizin yanındayıq”  - Özəl klinikadan təşəbbüs


“Biz öz həkim heyyətimiz və ambulansımızla cəhbədə dövlətimizə dəstək olmaq üçün hazırıq və bu barədə aiddiyatı qurumlara müraciət ünvanlamışıq”.

Bunu medicina.az -a Bioloji Təbabət Klinikalar şəbəkəsinin sədr müavini Qüdrət Yaqubov bildirib.

Qüdrət Yaqubov qeyd edib ki, hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə bütün qüvvələrini səfərbər etməlidir:

“Son 15 ildə ölkəmizdə bir çox yeni xəstəxanalar tikilmiş, mövcud xəstəxanalar təmir olunmuş və müasir tibbi avadanlıqlar ilə təchiz edilmişdir. Dövlət səhiyyə müəssisələri ilə yanaşı özəl tibb mərkəzlərinin də sayı xeyli artmışdır. Biz Bioloji Təbabət Klinikaları Şəbəkəsi olaraq hər zaman dövlətimizin yanındayıq.

Hesab edirik ki, COVİD-19 pandemiyası geniş yayıldığı dövrdə və Ermənistanın təcavüskar addımları ilə işğalçılıq siyasətindən əl çəkməyərək dövlət sərhədimizə qarşı etdiyi terrorçu yanaşması fonunda hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə, bütün qüvvələrini torpaqlarımızın azad olunması və qorunması üçün əsirgəməməli və səfərbər etməlidir.

Bioloji Təbabət Klinikalar şəbəkəsi olaraq öz təcili və təxirəsalınmaz texnikamız (ambulans), həkim heyyətimiz və bütün mümkün imkanlarımızla dövlətimizə dəstək olmağa hazırıq. Dövlətimizin ön cəbhəsi kimi arxa cəbhəsi də güclüdür və hər zaman əsgərlərimizin yanındayıq”.