Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.
Medicina.az -ın xəbərinə görə, bu barədə Tunara yardım məqsədilə açılan "Instagram" hesabında məlumat verilib.
Məlumata görə, Fond 2 yaşlı Tunarın müalicəsinin yerdə qalan hissəsini öz üzərinə götürüb.
Qeyd edək ki, Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac var. Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.