10 may ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bioloji Təbabət klinikasında dahi rəhbərin tibb və səhiyyə sahəsinə verdiyi töhfə mövzusunda tədbir keçirilib.
Medicina.az xəbər verir ki, tədbirdə klinikanın direktoru Elxan Yaqubov çıxış edərək, klinikanın kollektivinin böyük əksəriyyətinin məhz Heydər Əliyevin rəhbərliyi dövründə tibb üzrə təhsil aldığını və fəaliyyətə başladığını qeyd edib.
Tədbirdə bütün tibbi heyət, qonaqlar iştirak edib.
Həkimlər belə bir dahi şəxsiyyətin dövründə yetişdikləri üçün fəxr etdiklərini və hazırda da həkimlərə, səhiyyəyə diqqətin ən yüksək səviyyədə olduqlarını qeyd etdilər.
Tədbirdə çıxış edənlər fenomenal dövlət xadimi barədə fikirlərini, eləcə də şeirləri səsləndiriblər.
Tədbirdən videonu təqdim edirik.
Aygün Musayeva.